soxulcan qurdu

the tapeworms * ленточные черви
Soğan yeməmisən, için niyə göynəyir.
soxuş papiros (əldə qayrılmış siqaret)
OBASTAN VİKİ
Bəxtəvər soxulcan
Bəxtəvər soxulcan — 2011-cü ildə çəkilən orijinal Disney Channel filmidir.
Soxulcan dəliyi
Soxulcan dəliyi və ya Eynşteyn-Rozen körpüsü, Natan Rozen və Albert Eynşteyn tərəfindən irəli sürülmüşdür. Soxulcan dəliyi əslində kosmos zamanın nöqtə dizaynı və zamanda bir qısa yol olan nəzəri topolojik bir xüsusiyyətidir. Ümumi olaraq ağ dəliklər və qara dəliklər arasındakı keçidə soxulcan dəliyi deyilməkdədir. Bir soxulcan dəliyinin bir boğaza bağlı ən az iki çıxışı vardır. Əgər soxulcan dəliyindən keçmək mümkündürsə, maddə soxulcan dəliyinin girişindən keçib çıxışından çıxa bilər. Soxulcan dəliyi adı fenomeni açıqlamaqda istifadə olunan analogiyadan gəlir. Əgər bir soxulcan bir almanın üzərində səyahət edirsə, bütün almanın ətrafını gəzmək yerinə içindən keçərək bir kəsə yol tapmış olur. Soxulcan dəliyinin mərkəzi (ortası) dayanacaq nöqtəsidir, yəni oraya keçərkən spagettiləşmə deyilən bir hadisədən sonra ilişərsəniz və ulduzların bir ömrü bitirməsini 10 saniyə içində görə bilərsiniz. Oradan çıxmaq üçün işıqdan sürətli olmalısınız. Çıxa bilməsəniz qara dəlik yox olarkən enerji və ya qaz kütləsinə çevrilərsiniz.
Soxulcan proqramlar
Soxulcan proqramlar və ya Kompüter soxulcanları (Worms) — virus proqramlarının növlərindən biri. Soxulcan proqram digər viruslardan fərqli olaraq müstəqil proqramdır. Bu proqram virus proqramı kimi öz-özünə çoxalır və lokal və qlobal şəbəkələrdə yayılaraq bir kompüterdən digərinə köçürülür. 2009-cu ilin yanvar ayında "Conficker" adlı şəbəkə soxulcanı Microsoft Windows əməliyyat sistemi ilə işləyən 15 milyon şəxsi kompüteri zədələmişdir. Virus-soxulcanlar bir neçə katerqoriyaya bölmək olar: Poçt "soxulcanları" (email-worms), IM-Worm – internet-peydjerlər vasitəsilə yayılan soxulcanlar, IRC-Worm(IRC-kanal "soxulcanları"), P2P-Worm (faylmübadilə şəbəkələrinin virusları), Net-Worm (digər şəbəkə "soxulcanları") kimi qruplaşdırılan soxulcan viruslar mövcuddur. Poçt "soxulcanları"-email-worm- bu növ virus-soxulcanaları bir qayda olaraq elektron poçt vasirtəsi ilə yayılır. Bu zaman virus oz kodunu elektron məktuba əlavə kimi yaxud hansısa şəbəkə resursuna muraciət formasında yayır. Birinci halda virus məktubu açarkənç ikinci halda şəbəkə resursunda yerləşən faylı açarkən aktivləşir. IM-Worm — internet-peydjerlər vasitəsilə yayılan soxulcanlar- belə viruslar peydjerlərin (MSN, İCQ və sair) kontak siyahısındakı ünvünları əldə etmək və bu ünvanlara yoluxmuş məktublar yollamaqla çoxalırlar.
Beyin qurdu
Beyin qurdu (lat. Multiceps multiceps) Lentşəkilli qurdlar (lat. Cestoidea) sinfinin əsas nümayəndələrindən biridir. == Quruluşu == Ev heyvanlarının parazitlərindən söhbət açdıqda ilk növbədə qoyunlara “firlanma” və ya 2 dəlicə” xəstəliyi törədən beyin qurdu (Multiceps multiceps) parazitini yada salmaq lazımdır. Yetkin lentvari mərhələdə beyin qurdu çoban itlərinin bağırsağında rast gəlinir. Bu qurdun senur adlanana finna mərhələsi qoyun və keçilərin, nadir hallarda insanın beynində, yetkin mərhələdə isə it, canavar, tülkü və digər yırtıcı heyvanların bağırsağında parazitlik edir. Lent halı 40-100 sm uzunluğunda olub, 200-250 buğumu vardır. Başcıq hissə xortumla və 22-23 ədəd qarmaqla təchiz olunmuşdur. Balalığında şaxələrin sayı 9-26 ədədə çatır. İt və digər yırtıcı heyvanlar bu parazitə senurlu qoyun və keçi beynini yeməklə keçirlər.
Yağış qurdu
Yağış qurdu— Həlqəvi qurdlar tipinin azqıllı hələvi qurdlar sinifinə aiddir. Yağış qurdu 15–30 sm uzunluqda olub, bədəni qurdvari formadadır. Rəngləri müxtəlifdir. Təbiətdə qonur-boz, qəhvəyi , qirmızımtıl rəngdə olurlar. Bel tərəfi nisbətən qabarıq, qarın hissəsi isə yastılaşmış formadadır. Bədəni həlqələrdən ibarət olub buğumluluq əmələ gətirmişdir. Buğumların sayı 140–180 olub, bütün bədən boyu yerləşmişdir. Buğumlar demək olar ki, hormonom olub, aydın şəkildə nəzərə çarpır. Yağış qurdunun bədəni xaricdən kitikula ilə örtülmüşdür. Kitikula nazik olub, onun alt hissəsində birqatlı silindrşəkilli epiteli yerləşmişdir.
İpək qurdu
İpəkqurdu (lat. Bombyx) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinə aid heyvan cinsi. Təbii ipək əldə etmək məqsədilə insanlar tərəfindən bəslənilir. İpəkqurdu tut yarpağını yeyib yapışqanlı şirə ifraz edir, bu şirə bərkiyib ipək tellərə dönür. İpəkqurdu hazırladığı ipək tellərdən öz ətrafında üç günə barama toxuyur, özü baramanın içində qalır.
Bankroft sap qurdu
Bankroft sap qurdu (lat. Wuchereria bancrofti) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bu parazit sap şəklində olub, limfa damarlarında ve limfa düyünlərində yaşayır. Erkək fərdin uzunluğu 4 sm, dişi fərdin uzunluğu isə l0 sm-dir.. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Bu qurdlar limfa damarlarında külli miqdarda olduqda insanda “fil xəstəliyi” – elefantiazis törədir, ətrafların, xayaların, döş ve digər orqanların həddindən artıq şişməsinə səbəb oldularına görə də bu xəstəliyə "fil xəstəliyi" (Zoa boa) və ya elefantiazis deyilir.. Bu nematod Yetkin qurdlar ən çox limfa vəziləri və limfa damarlarında rast gəlinir. Limfa damarlarının tutulması nəticəsində onların divarları iltihabdan qalınlaşır və limfanın durğunluğu yaranır. Zədələnmiş yer ölçücə çox böyüyür. Dişilər külli miqdarda sürfələr əmələ gətirir.
Dördlər qurdu məhəlləsi
Dördlər qurdu məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Şəhərin şərq hissəsində yerləşir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra məhəllənin XVIII əsrə aid memarlıq abidəsi olan 90 faizindən çox tikililəri məhv edilmişdir. Hazırda məhəllə yarım uçmuş vəziyyətdədir.
Bəxtəvər soxulcan (film, 2011)
Bəxtəvər soxulcan — 2011-cü ildə çəkilən orijinal Disney Channel filmidir.